Cəmiyyət

Əlillik pensiyası kəsilən vətəndaş - VİDEO

2 İyul 2021 11:59
0 Şərh     Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müalicə müəssisəsi məsələyə aydınlıq gətirdi

Milli.Az Real TV-ə istinadən bildirir ki, 67 yaşlı Ağcabədi rayon Avşar kənd sakini Məhərrəm Hüseynov verilişimizə müraciət edib.

Qarabağ büromuzun əməkdaşı Novruz Vəliyevlə görüşən şikayətçi deyir ki, 2010-cü ildə ağır insult keçirdiyindən yerimə və hərəkət etməsində problem yaranıb. Ona orta beyin arteriyasının sindromu diaqnozu ilə ikinci əlillik dərəcəsi təyin edilib. Amma 2021-ci ilin fevral ayında 10 ildən çoxdur ki, əlillik dərəcəsinə görə aldığı pensiya naməlum səbəbdən dayandırılıb.

Sərbəst yeriməkdə çətinlik çəkən Məhərrəm Hüseynov ailə üzvülərinin köməyi ilə hərəkət edir. Oğlu Təyyar Hüseynov deyir ki, ailələrinin maddi vəziyyəti aşağı olduğundan atalarını müayinəyə aparmaqda çətinlik çəkirlər.

Məhərrəm Hüseynovun üzləşdiyi problemə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Azad Hüseynov aydınlıq gətirib.

Odur ki, dəyərli vətəndaşlar keçirdiyiniz hər hansı bir xəstəlik səbəbindən sizə əlillik dərəcəsi təyin olunubsa mütləq qanunla tələb olunanlara riayət edin. Əminik ki, Məhərrəm Hüseynov sözügedən müayinlərdən keçdikdən sonra üzləşdiyi problem ədalətli həllini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.