Cəmiyyət

"Azərbaycanım" IV Respublika uşaq rəsm festivalı çərçivəsində növbəti növbəti plener keçirildi - FOTO

22 İyun 2021 17:56
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanım" IV Respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçirildi.  Bu dəfə plenerdə - açıq havada şəkil çəkmək üçün Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının dərnək üzvlərinin bir qrupu dəvət olunmuşdu. Festival çərçivəsində keçirilən plenerlər "Nizami Gəncəvi İli"nə həsr olunur.  

Məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri  və şəhərimizin  qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

"Azərbaycanım" IV respublika uşaq rəsm festivalı  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında keçirilir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.