Cəmiyyət

BİA Trend satış menecerini axtarır - VAKANSİYA

22 İyun 2021 14:27
Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trend Beynəlxalq İnformasiya Agentliyinə satış meneceri lazımdır.

Vəzifələri:

- Agentliyin əsas məhsullarının aktiv satışı;

- Müştəri bazasının genişləndirilməsində, hazırkı müştərilərin inkişafında birbaşa iştirak;

- Müştərilər və tərəfdaşlarla gündəlik kommunikasiya;
 
- Potensial müştərilərlə və tərəfdaşlarla danışıqların, təqdimatların təşkili, kommersiya təkliflərinin təşkili və keçirilməsi;

- İxtisaslaşmış tədbirlərin ziyarəti;

- Layihələrin sənədləşdirilməsinə nəzarət.

Tələblər:

- 1 ildən çox müvafiq iş təcrübəsi;

- Ali təhsil;

- Dillər biliyi (Azərbaycan, rus, ingilis);

- Xəbər agentliyi / geniş platforma / KİV işinin xüsusiyyətlərini bilmək - üstünlük;

- Əla ünsiyyət bacarıqları, proaktivlik;

- Çoxlu tapşırıq rejimində işləmə və proseslər qurma bacarığı;

-Kompüter proqramlarını yaxşı səviyyədə bilmək (Access, Word, Excel, PowerPoint).

Şərtlər:

- Stabillik - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğunluq, sabit gəlir;

- Rahat yerləşmə - ofis "Elmlər akademiyası" metro stansiyasına yaxın məsafədədir;

- Rahat qrafik 5/2.

- Əmək haqqı: müsahibənin nəticələrinə əsasən

Tel.: (012) 510-81-03;  510-81-04;  510-86-50

CV-nizi aşağıdakı ünvanlara göndərin: [email protected]

[email protected]

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.