Cəmiyyət

Şəhadət ən ali məktəbdir - VİDEO

18 İyun 2021 17:24
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 əsgəri xilas edən şəhid Ə.Əsədli doğum günündə diplom alan ilk məzundur

Milli.Az Real TV-ə istinadən bildirir ki, Əsəd Vətən müharibəsinə hərbi əməliyyatlar başlayandan dərhal sonra, könüllü olaraq qatılır. Torpaqlarımızı düşmın tapdağından azad etməyi özünə vəzifə bilir. Müharibənin ən son günlərinə qədər döyüşlərdə mərdlik göstərir. Xocavənd uğrunda gedən döyüşlər zamanı əsil qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını mühasirədən və ölümdən xilas edib.

Əsəd orta təhsilini Bakı şəhəri, Nizami rayonu 229 saylı məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin məzunu idi. O, nəyin ki savadı, tərbiyəsi, davranışı ilə müəllim, tələbə heyətinin rəğbətini qazanıb.

26 yaşını şəhadətin zirvəsində qeyd edən şəhidimiz "Xocavəndin azad olunmasına görə" , "Füzulinin  azad olunmasına görə",  hərbi xidmətə fərqlənməyə  görə 1-ci dərəcli və Vətən uğrunda medalı ilə təltif olunub. Ölümü ilə ölümsüzlük qazanan və ali məktəb diplomuyla şəhadətin ən ali məktəb olduğunu bir daha sübut edən şəhidimiz şəhadətin mübarək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.