Cəmiyyət

“BakuBus” avtobusunun qəza törətməsi ilə bağlı AÇIQLAMA

17 İyun 2021 21:39
Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BakuBus"a məxsus sərnişin avtobusu paytaxtın küçələrinin birində qəza törədib.

Sərnişin avtobusu hərəkətdə olarkən digər minik avtomobillərindən birinin ön hissəsini əzib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisədən sonra sözügedən avtobus saxlamayaraq, yoluna davam edib.

Bakıda "BakuBus" avtobusunun qəza törətməsi ilə bağlı şirkətdən açıqlama verilib.

Bildirilib ki, 17 iyun tarixində saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə Dövlət Qeydiyyat Nişanı 99 JU 864 olan avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib:

"Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücücü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-yə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb".

Həmçinin bildirilib ki, "BakuBus" avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.