Cəmiyyət

Milli Qəhrəmanlarımızın Qubadlıdakı məzar daşları bərpa olundu - FOTOlar

16 İyun 2021 13:12
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad olunan Qubadlı rayonunda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanlarının məzarları bərpa olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Artıq Milli Qəhrəmanımız Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində dağıdılmış məzarı bərpa edilib. Məzar daşına qəhrəman döyüşçümüzün hərbi geyimdə olan fotoşəkli həkk olunub. Milli Qəhrəmanın oğlu Emin Əliyev atasının məzarını ziyarət edib.

Həmçinin Qubadlıda dəfn olunmuş Milli Qəhrəmanlarımız - Vasiliy Əliyev və Aqil Məmmədovun məzar daşlarının da bərpa olunduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.