Siyasət

Cevdet Yılmaz Əli Əsədovla telefon danışığı aparıb

11 Noyabr 2025 23:18
Baxış: 350

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Gürcüstan-Azərbaycan sərhədində Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, o, sosial media hesabında paylaşaraq hadisədən böyük kədər hissi keçirdiyini bildirib.

Yılmaz qeyd edib ki, hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatları Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə aparılır.

"Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Millətimizin başı sağ olsun." - deyə o, vurğulayıb.

Hadisədən sonra Cevdet Yılmaz Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefonla danışıb. Görüş zamanı Əsədov Türkiyəyə başsağlığı verib və Azərbaycanın hadisəni yaxından izlədiyini bildirib.

Yılmaz açıqlamasında bunları qeyd edib "Azerbaycan Baş naziri cənab Əli Əsədov telefonla əlaqə saxlayaraq həmrəyliyini və başsağlığı mesajını çatdırdı. Qardaş Azərbaycanın bu həssas zamanda göstərdiyi səmimi dəstəyə görə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin."

Lalə Qüdrətova
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.