Qoroskop

Günün qoroskopu: Lazımsız alış-verişdən uzaq dur

12 Noyabr 2025 00:01
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az 12 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

Qoç

Bu gün emosiyalar bir az həssas ola bilər. Daxili hisslərinə qulaq asdıqca düzgün qərar verəcəksən. Kiminsə səndən gözləntiləri var, amma sən əvvəlcə özünü düşünməlisən.
Partnyorla səmimi söhbət yaxşı təsir edəcək. Tənha Qoçlar isə köhnə bir əlaqədən mesaj ala bilər. Planlarını tələsdirmə. Yeni layihəyə başlamaq üçün əla gün deyil. Pul məsələlərində ehtiyatlı ol.

Buğa 

Bu gün səbrli olmağın sənə qarşısıa çıxan məsələləri rahat həll etməyə kömək edəcək. Kiminsə səni yanlış anlaması mümkündür, amma sakit izah etsən hər şey yoluna düşəcək. Romantik hisslər güclənir. Duyğularını açıq ifadə etməkdən çəkinmə. Maliyyə baxımından sabitlik var. İşdə isə diqqət tələb edən məsələ çıxacaq.

Əkizlər

Bu gün danışdığın sözlər çox təsirli olacaq. Qarşındakı insanları razı salmaq asandır, amma bunu məsuliyyətlə istifadə et. Kiçik anlaşılmazlıq ola bilər. Söz seçiminə fikir ver. Yeni fikirlər və ideyalar çoxdur. Birini seç, hamısına birdən atılma.

Xərçəng

Daxili sakitlik bu gün sənin üçün vacibdir. Çox yükləndiyini hiss edirsənsə, kiçik fasilə ver. Romantik jestlər yaxşı nəticə verəcək. Tənha olanlar sosial mediadan maraqlı biri ilə tanış ola bilər. İşdə diqqət tələb edən məsələ var, səhvlərə diqqət et. Pulda dəyişiklik yoxdur.

Şir

Bu gün səni enerji və motivasiya müşayiət edir. Özünü güclü hiss edəcəksən və bunu ətrafdakılar hiss edəcək. Cəlbediciliyin yüksəlir. Flirt üçün əla gündür. Yeni fürsət qapıları açılır. Qorxma, dəyərli addım ata bilərsən.

Qız

Bu gün analiz və düşüncə gücün çox parlayır. Hər detalı düzgün görəcəksən. Hisslərini olduğu kimi göstərmək çətin ola bilər, amma səmimiyyət ən yaxşı yoldur.
Planlaşdırma üçün əla gündür. Sənə edilən bir təklif gələcəkdə çox işə yaraya bilər.

Tərəzi

Balans tapmaq bu gün bir az çətin ola bilər. Hisslərinlə ağlın arasında tərəddüd yaranır. Münasibətdə açıq olmaq yaxşı nəticə verər. Tənha olanlar təsadüfi tanışlıq yaşayacaq. Pul xərcləməyə meylli olacaqsan. Lazımsız alış-verişdən uzaq dur.

Əqrəb

Gün sənin enerjinlə uyğunlaşır. Daxili gücün çox yüksəkdir. İstədiyini əldə etmək üçün əla vaxtdır. Dərindən hiss edirsən. Münasibətdə ehtiras artır. İşdə nüfuzun artır. Yeni anlaşmalar imzalaya bilərsən.

Oxatan

Səfər, dəyişiklik və azadlıq enerjisi güclüdür. Ruhun bir yenilik istəyir. Partnyorla xoş vaxt keçirmək istəyi artır. Flirt enerjisi yüksəkdir. Çox plan var, amma birinə fokuslan. Pulda kiçik gözlənilməz gəlir ola bilər.

Oğlaq

Bu gün məsuliyyət hissin daha güclüdür. Təcrübənə güvən, sən doğru addım bilirsən. Duyğularını açmağın çətin ola bilər, amma lazımdır. İşdə irəliləyiş var. Pulda stabil dövr davam edir.

Dolça

Bu gün yenilik, texnologiya və kommunikasiya sənin üçün əhəmiyyətlidir. Orijinal ideyaların güclənir. Ünsiyyət çox şeyi həll edəcək. Küsülü olduğun biri ilə danışıq mümkündür. Fərqli yanaşman işdə diqqət çəkəcək. Pul məsələlərində sakit ol.

Balıq 

İntuisiyan çox güclüdür. Daxili hissin nə deyirsə ona əməl et. Romantik açıqlama və ya gözlənilməz mesaj ola bilər. Yaradıcılıq tələb edən işlər çox uğurlu alınacaq.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.