Cəmiyyət

Mükafat yazılıb, amma məqsəd onlayn tələdir

11 Noyabr 2025 11:30
Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, "bonus", "lotereya", "mükafat qazandınız" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. 

Milli.Az xəbər verir ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.

Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.

Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, "pul köçürülməsi", "hesabınız dondurulub" və ya "kartınız bloklanıb" kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin.

Asya
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.