Türkiyə

Təyyarənin quyruğu niyə qopub? - VİDEO

11 Noyabr 2025 21:53
Baxış: 593
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu təyyarə 1964-cü ildəb bəri istifadə edilir. Amma modernizasiya edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "CNN Türk"ün xəbər koordinatoru İdris Arıkan efirdə bildirib.

O, vurğulayıb ki, sözügedən C-130 yük təyyarəsi Qəhrəmanmaraşda qəza bölgəsində də fəaliyyət göstərib və keyfiyyətli, dayanıqlı olduğunu təsdiqləyib.

İ.Arıkan vurğulayıb ki, təyyarəni 10 nəfərlik personal idarə edib və hamısı da peşəkardır.

Təyyarənin qəzasına gəlincə, hava şəraitinin heç də sərt olmaması vurğulanıb, eyni zamanda qəza anının videosunda təyyarənin quyruğunun qopduğu vurğulanır.

"Təyyarənin quyruğu niyə qopub? İçəridəki yüklər yerindən oynayıbmı? Səbəb bu ola bilərmi?" - Arıkan vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.