Sağlamlıq

Böyrək və ürək xəstəlikləri yeni üsulla erkən aşkarlanacaq

12 Noyabr 2025 00:50
Baxış: 268
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nyu-York Universitetinin "Langone Health" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, qan analizlərində kreatinin və sistatin C səviyyələri arasındakı böyük fərq insanlarda böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri və hətta vaxtından əvvəl ölüm riskini artırır.

Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri JAMA jurnalında dərc olunub.

Yeni araşdırmada alimlər 50 ölkədən 861 min nəfərə yaxın insanın qan analizləri və tibbi məlumatlarını təhlil ediblər. İştirakçılarda həm kreatinin, həm də sistatin C səviyyələri ölçülüb və onların vəziyyəti orta hesabla 11 il ərzində izlənilib.

Nəticədə, məlum olub ki, bir çox insanda, xüsusilə, yaşlılarda sistatin C göstəriciləri kreatinindən bəzən 30 % və daha çox aşağı olur. Tədqiqatçıların fikrincə, bu fərq standart analizlərlə aşkarlanması çətin olan gizli böyrək pozğunluqlarına işarə edə bilər.

Araşdırmanın müəlliflərindən biri, doktor Morqan Qrems deyib:

"Nəticələrimiz göstərir ki, hər iki göstəricinin birgə ölçülməsi, xüsusilə, yaşlı və ağır xəstələrdə, çox vacibdir. Kreatinin və sistatin C-nin birlikdə qiymətləndirilməsi böyrək problemlərini erkən mərhələdə aşkarlamağa və sağlamlıq risklərini daha dəqiq proqnozlaşdırmağa imkan verir". /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.