Cəmiyyət

Sığorta və təkrar sığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

20 İyun 2021 20:45
Baxış: 924
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

Həmçinin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.