Cəmiyyət

Avtomobildən külli miqdarda narkotik aşkarlandı

12 İyun 2021 11:29
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M. Həsənli və tanışı Ə. Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram narkotik vasitə heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.