Cəmiyyət

Yol, yoxsa rəqs meydanı? - VİDEO

12 İyun 2021 10:24
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bir qrup gənc Ağşəhər bulvarı kimi tanınan ərazidə yolda avtomobili saxlayıb, rəqs ediblər. Onlar bu zaman digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıblar. Buna görə də, onların bu əməli yoldan keçən sürücülər tərəfindən xoş qarşılanmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb və ictimai qınağa səbəb olub.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib ki, gənclər yol kənarında və yaxud da hərəkət hissəsində lüzumsuz  hərəkətlərlə sürücülərə maneə törədirlər.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları rəqs etməklə digər hərəkət iştrakçılarına mane olan həmin şəxsləri axtarır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.