AQTA kafe və restoranlarda reydlər keçirdi, 16 obyekt cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 8-də ölkə üzrə 420 ictimai iaşə obyektində 733 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, R. Teymurov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Rzayev Elxan Rizvan oğluna məxsus "Beercode pub" restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 54 ünvanında yerləşən, fiziki şəxs Rzayev Pərviz Aslan oğluna məxsus "Köz Halil Usta" restoranı;
3. Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsində yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdulvahidoviç oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 35 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 49 ünvanında yerləşən, hüquqi şəxs "X-S Firmasına" məxsus restoran;
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Nəbiyev Asif Mürşid oğluna məxsus "Qədim qəbələ" restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 161D ünvanında yerləşən, hüquqi şəxs "Shah Group Of Companies" MMC-yə məxsus "Friends Central park" kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Y. Çəmənzəminli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Vüqar İlyas oğluna məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 38, m. 2 ünvanında yerləşən, hüquqi şəxs "Əjdaha" MMC-yə məxsus "Əjdaha" dönər evi;
10. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs "Shah Group Of Companies" MMC-yə məxsus "Baku Friends" restoranı;
11. Bakı şəhəri, Yasamal rayonu, M. Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Ramiz oğluna məxsus çay evi;
12. Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Abbasov Hüseyn İsmayıl oğluna məxsus "Dadlı Süfrə" kafesi;
13. Şəmkir rayonu, Bakı-Qazax yolunda yerləşən, fiziki şəxs Məmmədov Elşən Əli oğluna məxsus dönər evi;
14. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Babayev Röyal Vahid oğluna məxsus kafe;
15. Bərdə rayonu, Arabaçılar kəndində yerləşən, fiziki şəxs Əliyev Xəlil Mahmud oğluna məxsus kafe;
16. Astara rayonu, Gənclər küçəsində yerləşən, fiziki şəxs Mikayılova Aynur Adil qızına məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi





