Cəmiyyət

Bakı-London aviareysinin açılacağı tarix məlum olub

3 İyun 2021 15:18
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 11-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayacaq.

Bu barədə Milli.Az-a AZAL-dan bildirilib.

Qeyd olunub ki, uçuşlar həftədə bir dəfə - V günlər saat 10:00-da "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.

Xatırladaq ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu. Lakin London istiqamətində uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədar reysin açılması iyun ayına keçirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.