Cəmiyyət

Murad Arifdən qalmaqallı açıqlama

2 İyun 2021 13:34
Baxış: 1 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Murad Arif yeni açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Mtv" kanalına müsahibə verən sənətçi, bu günə qədər karyerasına yarım milyon manat xərcələdiyini deyib.

O, "Tik tok", "Instagram" kimi sosial şəbəkələrdə məşhur olan bəzi ifaçıların bunu meymunluq edərək qazandığını bildirib:

"2014-cü ildə ilk sinqlımı, "Həyat yoldaşımsan" klipini təqdim etdim. Bir çox mahnımın söz və musiqisi özümə məxsus olduğundan bir az az pulum çıxıb. 7 ilə karyerama yarım milyona yaxın pul xərcləmişəm.

Bəlkə də, "Tik tok", "Instagram" dönəmində çıxıb, meymunluq edib tutuzdurmaq olur. Amma səni meymunluğuna görə çağıracaqlarmı? Yox!

Bizdə bəziləri deyir, mənə "Şou-biznes" nümayəndəsi deməyin! "Şou-biznes" sözünə niyə belə diksinirsiz? Bizim təltifedilən gənclərimizi "Oskar" alanlarla müqayisə etmək olarmı? Yox! Bizim müğənnilərin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərikmi? Yox!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.