Cəmiyyət

Siyəzəndə 27 yaşlı gəlin intihar etdi

1 İyun 2021 21:47
Baxış: 1 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Siyəzəndə 27 yaşlı gəlin özünü asıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, hadisə Siyəzənin Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Nuranə Şıxəli qızı Səfərəliyeva yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Hadisə yerinə Siyəzən rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub.

Bildirilir ki, mərhumun 1 azyaşlı qızı var.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Gənc gəlinin özünü öldürmə səbəbi hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.