Cəmiyyət

Ağacları kəsən şirkətlə bağlı prokurorluğa müraciət edildi

1 İyun 2021 12:49
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətin rəisi Hikmət Əlizadə Milli.Az-a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Qərb Ekol" MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.