Cəmiyyət

Füzuliyə qanunsuz yolla getmək istəyənlər cərimələndi

19 May 2021 14:29
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə getmək istəyən 6 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində "Toyota" markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.