Cəmiyyət

Gəncədə "Ağ ölümü" zəncirvari yayanlar tutuldu

29 Aprel 2010 14:06
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, ilk olaraq əvvəllər məhkum olunan Vüsal Qurbanov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürüb.

Nizami rayon Polis Şöbəsi əməkdaşları qısa zamanda ona narkotik vasitəni satan Zamir Məmmədovu da müəyyən edərək istintaqa cəlb edib.

Z.Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun  narkotik vasitəni Gəncə şəhər sakini Arzuman Qocayevdən alması müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində Arzuman Qocayev də yaxalanıb. Ondan əlavə heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.