Gəncədə "Ağ ölümü" zəncirvari yayanlar tutuldu
29 Aprel 2010 14:06
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, ilk olaraq əvvəllər məhkum olunan Vüsal Qurbanov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürüb.
Nizami rayon Polis Şöbəsi əməkdaşları qısa zamanda ona narkotik vasitəni satan Zamir Məmmədovu da müəyyən edərək istintaqa cəlb edib.
Z.Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun narkotik vasitəni Gəncə şəhər sakini Arzuman Qocayevdən alması müəyyən edilib. Keçirilən tədbirlər nəticəsində Arzuman Qocayev də yaxalanıb. Ondan əlavə heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Anar Məmmədov
Milli.Az