Cəmiyyət

Koronavirusun gözlənilməz əlaməti açıqlandı - FOTO

6 May 2021 10:09
Baxış: 3 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dırnaqlarda xətlər və ya şırımlar koronavirus keçirmənin əlaməti ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə gözlənilməz simptom barədə britaniyalı professor Tim Spektor bəyan edib.

O, özünün "Twitter" hesabında belə dırnaqların fotosunu paylaşıb.

Bununla belə, professor əlamətin hamıda görülmədiyini vurğulayıb.

"Bu səpkilər, qırışlar və sair kimi simptomlardan biridir", - deyə o, qeyd edib.

T.Spektor əlavə edib ki, dırnaqda xətlər zərərsiz görünsə də, onların qəfil ortaya çıxması nəinki koronavirus, həmçinin qızılca, skarlatina, yaxud qulaqdibi xəstəliyinin əlaməti ola bilər, bundan başqa qalxanvari vəzi, diabet və anemiya zamanı ortaya çıxa bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.