Peyvəndəndin birinci dozası ilə ikinci dozası fərqli olarsa, virusa qarşı qoruyuculuq yaranma ehtimalı az olar.
Milli.Az bildirir ki, bunu "ARB Xəbər"ə açıqlamasında TƏBİB-in əməkdaşı Vasif Əliyev deyib.
"Peyvəndlərin hər biri iki dozada vurulur. İlk doza vurulmasının 28-ci günündə həmin peyvənddən yenidən istifadə edilməsi mütləqdir. Çünki fərqli peyvəndlər fərqli yöndə təsir göstərdiyi üçün başqa peyvəndin istifadə olunması qoruyuculuq yaranma ehtimalını azaldır", - o bildirib.
İnfeksionist Vüqar Cavadzadə isə qeyd edib ki, vaksinasiyanın ikinci mərhələsinin 5-10 gün ləngiməsi problem yaratmır:
"İkinci dozanın vurulmasının 5-10 gün ərzində ləngiməsinin elə də ciddi narahatlığı yoxdur".
Milli.Az