Cəmiyyət

Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıb

1 May 2021 11:34
Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi "QAZ-31" markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.