Cəmiyyət

Kinomuzun Qarabağa qayıdışı - VİDEO

28 Aprel 2021 12:59
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Böyük qayıdış" film layihələri üzrə yekun seçim mərhələsi keçirilib

Milli.Az Real TV-ə istinadən bildirir ki, aprelin 27-də Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini sonuncu - pitçinq mərhələsi keçirilib. Pitçinq mərhələsi layihələrin müəlliflər və istehsalçı şirkətlər tərəfindən müdafiəsi və seçilməsi məqdəsini daşıyır. Pitçinq mərhələsində münsiflər heyəti layihələri təqdim edən şirkətlərin nümayəndələri, ssenari müəllifləri və rejissorlarına suallar ünvanlayıblar. Proses Dövlət Film Fondunun rəsmi youtube kanalı ilə yayımlanıb.

Qeyd edək ki, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən aşağıdakı 49 layihə ikinci - Bədii seçim mərhələsində iştirak hüququ əldə etmişdi. Pitçinq mərhələsində 30-a yaxın şirkət iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.