Cəmiyyət

Narkotik satan 9 nəfər tutulub - VİDEO

27 Aprel 2021 18:18
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub.

Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

Onlar barəsində cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.