Cəmiyyət

Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

27 Aprel 2021 07:25
Baxış: 2 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərovanın dediyinə görə, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.

B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.

Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.