Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərovanın dediyinə görə, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.
B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.
Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Allah rəhmət eləsin!
Milli.Az