Cəmiyyət

Vətən yolunda canını fəda edən daha bir qəhrəman şəhidimiz - VİDEO

26 Aprel 2021 12:09
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkinci Qarabağ müharibəsi zamanı müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Mürşüd Əhmədzadədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2000- ci ildə Tərtər rayonunun Evoğlu kəndində doğulan Mürşüd uşaqlığından nənəsinin yanında böyüyüb.

Mürşüd   həqiqi hərbi xidməti bitirəndən sonra müddətdən  artıq hərbi qulluqçu fəaliyyətini davam etdirib. Vətən müharibəsi başlayanda isə döyüşə yollanıb. Mürşüd Əhmədzadə Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib. Suqovuşanda düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində onun da rolu olub.

Onun şəhid olması sonradan  bilinib. Nəşi Suqovuşanda  meşəlik ərazidən 54 gün sonra tapılıb.

Şəhidimizin qanı yerdə qalmadı, torpaqlarımız azad olundu. İndi Mürşüd və bütün şəhidlərimizin ruhu şaddır!

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.