Cəmiyyət

"Karaoke Pub" karantin qaydalarını pozdu, 20 nəfər cərimələndi

24 Aprel 2021 14:04
Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunda karantin qaydalarını pozan obyekt aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində yerləşən "Karaoke Pub" adlanan məkanın karantin qaydalarını pozaraq gecə saat 00:00 dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı həmçinin orada olan müştərilərə qəlyan təklif edildiyi də müəyyən edilib.

Obyektin sahibi Məcid Seyidov, eləcə də, orada olan 19 nəfər müştəri və xidməti personal barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.