Televiziyalar tənqid olundu - Rəsmi dövlət qəzeti tərəfindən
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan" qəzetinin 23 aprel 2021-ci il tarixli sayında ölkədəki televiziyaların fəaliyyəti tənqid olunub.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı qəzetdə jurnalist Ramilə Qurbanlının müəllifi olduğu "Əyrini deyil, əyri göstərən ayna" adlı məqalə dərc edilib.
Məqaləni təqdim edirik:
"Televiziya "silahımız" özümüzə, gələcəyimizə tuşlanıb. Azərbaycanda mətbuat azadlığı var. Jurnalistlər azad düşünür, düşündüklərini də rahat şəkildə izhar edə bilərlər. Bunu qanun deyir. Ancaq deyəsən qanunun da diktə etdiyi bu azadlığı bizim bəzi peşə sahibləri düzgün qavramır...
Evimizə qədər soxulan mənəviyyatsızlıq
Jurnalistə ona görə azadlıq verilir ki, cəmiyyətdəki "pisi pis, əyrini əyri, düzü hamar" görüb olduğu kimi də ictimaiyyətə çatdırsın. Daha bu o demək deyil ki, pis bir az da pis gündə, əyrini olduğundan betər görəsən, düzü isə görməzdən gələsən...
Jurnalist deyirik, amma əslində bu gün televiziyada və internet portallarda, yəni birbaşa evimizə daxil olan "hörmətli qonaqlar" axı heç jurnalistlər də deyil. Artıq uzun illərdir ki, şou-əyləncənin primitiv versiyası ənənəvi jurnalistikanı üstələyib. Daha doğrusu, hansısa qüvvələr üstünlüyü yüngül şou yaradanlara verməklə jurnalistikanı küncə sıxıb.
Jurnalistika yalnız xəbər proqramlarında qalır, təəssüf ki, onlar da kütləvi şəkildə şoulaşmış formaya keçirlər. Bu gün xəbər tamaşaçıya xəbər kimi deyil, şou kimi təqdim edilir. Məsələn, "Filankəs filankəsi (ər arvadını, yaxud əksinə, ata qızını, qardaş bacısını və sair) xüsusi amansızlıqla qətlə yetirdi". Fikrimizi hələ çox yumşaldılmış formada ifadə etdik ki, irad tutduqlarımızdan olmayaq...
Yaxud hər hansı yol qəzasından məlumatı hökmən ən dəhşətli formada ifadə edirlər. Lap məşhur "Uşaqlığın son gecəsi" filmində olduğu kimi:
- "Bu andıra qalmış pilləkənlərdən uşaqlar yıxılıb ölürlər.
- Bəlkə, pilləkənlərdən yıxılıb əzilirlər - yazaq?
- Yox-ölürlər yaxşıdır".
"Bozbaş" şoular mənəviyyatımızda "qastrid" yaradır
Gün ərzində insan nə qədər bəd xəbər eşidər. Cəmiyyət psixoz olub artıq, intihar, qətl, qəza, bıçaqlanma, ölüm xəbərləri eşitməkdən... Həm də hər biri üfürülüb şişirdilmiş formada. Bəd xəbər elə bil xüsusi zövqlə təqdim olunan çay-şirniyyatmış kimi sinidə "süfrəyə verilir".
Bədxəbərlərdən sonra efirə gedən hər hansı şou-əyləncəli proqram bayaqdan verilən xəbərlərdən daha betər əsəb və gərginlik yaradır.
Bəs əyləncə, şou necə olmalıdır?
Əyləndirici və düşündürücü.
Yəni normal cəmiyyətlər belə əyləncələrə meyil göstərər. Əyləncə, şou, komediya insanın öz əyər-əskiyini ona göstərib özünə nizam verməsini tənzimləyən amildir. Əyləncə, şou mənasız və məzmunsuz, şit gülüş yaratmaq deyil.
Mətbəximizdən bozbaşı sağlamlıq naminə azaltdığımız bir vaxtda telekanallarımız "Bozbaş-pikçers" yaradır. Əti, kartofu bir yerdə yağlı suda yemək orqanizmə nə qədər zərərdirsə, şit "bozbaş" verilişlər də mənəviyyatımıza o dərəcədə ziyandır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)





