Cəmiyyət

Bu abituriyentlərin nəticələri ləğv olunacaq

22 Aprel 2021 15:34
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında pozuntulara yol vermiş abituriyentlərin nəticələri ləğv ediləcək.

DİM-dən Milli.Az-a verilən məlumata görə, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib. Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır və qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.