Cəmiyyət

Ağcabədidə pambıq səpini yekunlaşır - VİDEO

21 Aprel 2021 11:54
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səpin prosesi erkən aparılan sahələrdə becərmə işlərinə başlanılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Respublikanın iri pambıqçılıq rayonlarından olan Ağcabədidə pambıq səpini yekunlaşmaq üzrədir. Səpin prosesi tez başlanılan bir çox sahələrdə isə pambıq artıq cücərdiyindən kompleks becərmə işlərinə başlanılıb. Ötən il bol məhsul əldə etdiklərini bildirən Ağcabədili fermerlər bu il də məhsuldarlığın yaxşı olacağını proqnozlaşdırır:

Rayon üzrə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ciddi şəkildə əməl edildiyini bildirən Ağcabədi rayon İH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov cari il üçün hədəflərin daha yüksək olduğunu qeyd etdi:

Qeyd edək ki, bu il Ağcabədidə fermerlerlə 11 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr bağlanıb. Artıq 9135.86 hektar sahədə səpin aparılıb. Ötən il rayon üzrə orta məhsuldarlıq hər hektar üçün 35,54 sentner olub.

Ümumilikdə strateji məhsul sayılan pambıqçılığa artan maraq və görülən tədbirlər nəticəsində 2020-ci ildə ölkə üzrə 336 min ton pambıq istehsal olunub. Bu isə 2019-cu illə müqayisədə 41 min ton çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.