Cəmiyyət

Saatlıda əkin sahələri susuz qalıb - VIDEO

21 Aprel 2021 13:14
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı rayonunun Mircəlal kəndində əkin sahələri susuz qalıb. Kanalın dibində olan az miqdarda su təsərrüfatlara kifayət etmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fermerlər deyirlər ki, suya tələbatın çox olduğu indiki vaxtda yaranan problem məhsuldarlığa mənfi təsir göstərəcək.

Sakinlərin sözlərinə görə, kanaldakı sudan bəzi hallarda mal-qaranı sulamaq üçün istifadə edə bilirlər.

Mircəlal kəndi rayonunun ucqar hissəsində, Araz çayından çəkilən Orta Muğan kanalının axırında yerləşir. Bənzər problem kanal üzərində yerləşən 10-a yaxın kənddə də yaşanır.

Məsələ ilə bağlı  Saatlı Suvarma Sistemləri İdarəsindən bildirlib ki, mövcud çətinlik onları da narahat edir.

İdarə rəisi Tahir Rzayevin sözlərinə görə, Araz çayında sululuq  illik  normadan aşağı olduğundan problem qaçılmaz olub.

İndi sakinlər tezliklə problemin aradan qaldırılmasını gözləyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.