Cəmiyyət

Azərbaycanda vişinq hücumları yayılmağa başlayıb

19 Aprel 2021 12:44
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fişinq hücumun səsli versiyası olan vişinq hücumları Azərbaycanda yeni yayılmağa başlayıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.

Müvafiq hallarla qarşılaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.

Qeyd edək ki, vişinq dələduzluq üsullardan biridir. Onun vasitəsilə dələduzlar bank kartı sahibləri ilə telefon əlaqəsi quraraq müxtəlif bəhanələrlə fərdi məlumatları ələ keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.