İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında davam edən müharibənin başa çatması üçün beş əsas şərt irəli sürüb.
Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
Netanyahunun açıqladığı plana görə, münaqişənin bitməsi üçün, HƏMAS-ın tam silahsızlaşdırılması, bütün israilli girovların azad edilməsi, Qəzza zolağının demilitarizasiyası, bölgədə təhlükəsizliyin İsrail tərəfindən təmin olunması, hakimiyyətin "israilli olmayan sülhsevər mülki administrasiyaya" verilməsi prosesi həyata keçirilməlidir.
Baş nazir Qəzza şəhərinə nəzarəti ələ keçirməyin müharibəni tezliklə bitirməyin ən yaxşı yolu olduğunu deyib.
O, həmçinin İsrailin təhlükəsiz humanitar dəhlizlər və yeni yardım məntəqələri açacağını vurğulayıb.
Netanyahuya görə, məqsəd işğal deyil, ərazinin "azad olunması"dır.
Milli.Az