Cəmiyyət

Bakı və Abşeronda iki piyadanı avtomobil vuraraq öldürüb

9 Aprel 2021 15:09
Baxış: 797
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı və Abşeronda piyadaların ölümü ilə nəticələn yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeronun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini S.Vəliyevin "Mitsubishi" markalı avtomobillə vurduğu Qobustan rayon sakini A.İsmayılov isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.