Cəmiyyət

Kimisi atası, kimisi yoldaşı, kimisi isə övladı üçün ağac əkdi - VİDEO

1 Aprel 2021 12:06
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir ağac əkmək təbiəti yaşatmaq deməkdir. Bu ağacları əkməklə bizə qələbəni yaşadanları bir daha yaşadacayıq." Bu fikirlər bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlərimiz üçün keçirilən ağacəkmə aksiyasında səsləndirilib. Şəhid yaxınlarının da iştirak etdiyi aksiyada ilkin olaraq 80 ağac əkilib.

Kimisi atası, kimisi yoldaşı, kimisi isə övladı üçün ağac əkdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Lökbatan qəsəbəsində şəhid ailələri ilə birlikdə ağacəkmə aksiyası keçirilib. Bu yolla təsəlli tapan şəhid yaxınları əkdikləri ağacların övladlarına, nəvələrinə ümid olacağını deyirlər. Bu gün onların hər birinin ortaq fikri odur ki, əkilən hər bir ağac 3000-ə yaxın evdən gedən ailə başçısı, oğul, ata deməkdir. Bu ağaclar böyüdükcə, pöhrələndikcə bizim övladlarımız şəhidlərimizin yenidən yaşadığını görəcəklər.

Aksiya çərçivəsində ilkin olaraq 80 ağac əkilib.

Aksiyada şəhidlərimizin döyüş yoldaşları, qazilər də iştirak ediblər.

Sonda isə şəhid yaxınlarına üzərində şəhidlərin adları qeyd edilmiş dibçəklər də hədiyyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.