Cəmiyyət

Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət etdi - VİDEO - FOTO

31 Mart 2021 17:10
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.

Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.