Cəmiyyət

Hərbi qulluqçumuz şəhid olub

30 Mart 2021 18:09
Baxış: 2 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, hadisə martın 22-də baş verib.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. O, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.