Şəmkir rayonunda ata oğlunu bıçaqlayıb.
Milli.Az bildirir ki, hadisə Zəyəm qəsəbəsində baş verib. Bəhruz Həsənov oğlu Namiq adlı şəxsi bıçaqlayıb.
İlkin məlumatda B.Həsənovun hadisə zamanı içkili olduğu bildirilib. Həyat yoldaşı ilə mübahisə edən zaman araya oğlu Namiq girib.
Oğul xəstəxanaya yerləşdirilib, ata isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az