Nazir müavini Qarabağda görəcəkləri işləri açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci il üçün Azərbaycanını işğaldan azad olunmuş ərazilərindəki çaylarda suların miqdarını ölçmək üçün 12 cihazın alınması nəzərdə tutulub.
Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət investisiyası hesabına 2018-ci ildə hava limanı və ona yaxın ərazilərdə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı iki layihə həyata keçirilib:
"Hava limanı ərazisindəki Çuxurdərə deyilən yerdə ümümi sahəsi 256 hektar olan ərazinin abadlaşdırılması və sağlamlaşdırılması layihəsi. Burada 34 hektar ərazi neft və neft məhsulları ilə çirklənmiş köhnə neft anbarının ərazisi olub, layihə çərçivəsində həmin ərazi təmizlənib, 78 hektar gölməçə ərazisi qurudulub, drenaj sistemi qurulub və ərazi abadlaşdırılaraq sağlamlaşdırılma işləri aparılıb".
Nazir müavini bildirib ki, digər layihə keçmiş Yod-brom zavodunun tullantı poliqonunun müxtəlif kimyəvi tullantılardan təmizlənməsi, torpaq qatının sağlamlaşdırılması olub:
"Birinci mərhələdə, 2018-2019-cu illərdə 65 hektar, ikinci mərhələdə, 2019-2020-ci illərdə 100 hektar sahə yararlı vəziyyətə gətirilib, Abşeron şəraitinə uyğunlaşdırılmış 120 mindən çox ağac və kol tingləri əkilib, min hektardan çox ərazinin suvarılması üçün Hövsan Aerasiya stansiyasından su çəkilib və hazırda həmin su təmizlənərək yaşıllıqların suvarılmasında istifadə olunur".
V.Kərimov vurğulayıb ki, dövlət investisiyası hesabına Zığ gölünün ətrafındakı 150 hektara yaxın ərazinin layihəsi hazırlanacaq, həmin ərazinin təmizlənməsi, yaşıllaşdırılması və abadlaşdırılması işləri bu il, yaxud qarşıdakı illərdə dövlət büdcəsi və ya digər maliyyə mənbələri hesabına həyata keçiriləcək.
O xatırladıb ki, əvvəlki illərdə başlanan və dövlət investisiyası çərçivəsində həyata keçirilən hidrometeoroloji avadanlıqların alınması layihələrinin icrası bu il də davam etdiriləcək:
"Bu layihə çərçivəsində 2019-2020-ci illərdə 5 ədəd atmosfer havasının monitorinqi stansiyası alınaraq respublikanın böyük şəhərlərində, üçü Bakıda, biri Gəncədə, biri isə Sumqayıtda olmaqla quraşdırılıb. 2 ədəd erkən xəbərdarlıq sistemi (radar sistemi) alınaraq Göygöl və Şamaxı rayonları ərazisində quraşdırılıb. Bu avadanlıqlardan toplanılan məlumatların emalı və modelləşdirilməsi üçün yeni situasiya mərkəzinin 2021-ci ildə alınaraq quraşdırılması nəzərdə tutulub".
V.Kərimov əlavə edib ki, digər vacib istiqamət hidroloji ölçmə cihazları stansiyalarının quraşdırılmasıdır:
"Su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı ən mühüm məqamlardan biri də ölkə ərazisinə daxil olan və ya ölkə ərazisində formalaşan suların miqdarının müəyyənləşdirilməsidir. Bununla bağlı hələ Sovet dövründən qalan köhnə cihazlardan istifadə olunmaqla ölçmələr aparılıb. Bu sahədə əsaslı dönüşlərə nail olmaq üçün dövlət investisiyası layihəsi çərçivəsində 17 ədəd, müxtəlif layihələrdən cəlb olunmuş vəsait hesabına isə əlavə 8 ədəd avtomatik ölçmə cihazı alınaraq çox sulu çaylarımızda və böyük su anbarlarımızın giriş-çıxışlarında artıq quraşdırılıb. Bu layihə 2020-ci il əzində başa çatdırılıb. Avtomatik ölçmə cihazlarının quraşdırılması işləri növbəti illərdə də davam etdiriləcək və 2022-2023-cü illərdə daha 20 cihaz alınaraq ölkənin digər çox sulu çaylarında və böyük su anbarlarının giriş-çıxışlarında quraşdırılacaq."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
XƏBƏR LENTİ
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı





