Cəmiyyət

Bakıda və Abşeronda 1 gecədə 5 nəfəri avtomobil vurub

16 Mart 2021 08:03
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda və Bakının Suraxanı, Nizami, Sabunçu və Yasaml rayonlarında yol qəzaları zamanı 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələr gecə saatlarında baş verib.

Suraxanı rayonunda yolu keçən 1987-ci il təvəllüdlü İsmayılov Təbriz Oqtay oğlunu, Nizami rayonunun Keşlə qəsəbəsində 1996-cı il təvəllüdlü Abuşov Nadir Məmməd oğlunu, Maştağa qəsəbəsində 1972-ci il təvəllüdlü İbadov Valeh Miri oğlunu, Yasamal rayonu, Hüseyn Məcidov küçəsində 1971-ci il təvəllüdlü Mehmanov Rafiq Əziz oğlunu və Abşeron rayonu, Mehdiabad qəsəbəsində 64 yaşlı Şükürov İntiqam İsmayıl oğlunu yolun müəyyən edilmiş hissəsindən keçmədikləri üçün avtomobil vurub.

Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.