Cəmiyyət

Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

12 Mart 2021 17:01
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan "Sputnik V" peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən Milli.Az-a bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan "Sputnik V" vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.