Cəmiyyət

Dayanma və durma qaydalarını pozan sürücüyə bir gündə 7 cərimə protokolu gəldi - VİDEO

12 Mart 2021 13:04
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dayanma və durma qaydalarını pozan sürücüyə bir gündə 7 cərimə protokolu gəldi

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda dayanma və durma qaydalarını pozan sürücüyə bir gündə 7 cərimə protokolu gəlib. Bu  protokollar bir neçə ay öncə  müxtəlif  qayda pozuntuları ilə bağlı tərtib edilsə də, sürücüyə  bu barədə dünən məlumat   verilib. Sürücünün tələbi isə  qanunvericiliyə əsaslanır.  Vətəndaş ona tərtib edilən protokol barədə məlumatın 24 saat ərzində elektron portalda yerləşdirilməli olduğunu deyir.

Paytaxt sakini Cəlal Axundova mart ayının 10-da 7 cərimə protokolu barədə bildiriş gəlib. O, "Asan pay" hesabından yoxladıqdan sonra məlum olub ki, cərimələr ötən ilə aiddir. Lakin bu müddət ərzində ona bu barədə heç bir məlumat verilməyib.

Cəlal Axundov deyir ki, bu protokollar qayda pozduğu zaman qeydə alınıb və onlarla razıdır. Lakin bu cərimələr barədə məlumatların gec verilməsindən narazıdır.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, qanuna əsasən, inzibati tənbehvermə haqqında qərarlar mərkəzi informasiya sisteminin məlumatları əsasında tərtib edilir. Qərar avtomobil sonuncu dəfə adına qeydiyyat aparılan şəxs barəsində verilir. Sözügedən avtomobil də hüququ şəxsin adına olduğundan lizinq şirkəti mərkəzi informasiya sisteminə məlumatı gec təqdim edib.

Mais Ağayev onu da bildirdi ki, cərimə protokollarının hansı səbəbdən gec təqdim edilməsi ilə bağlı sürücüyə də agentlik tərəfindən məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.