Cəmiyyət

SON DƏQİQƏ! Azərbaycanda güclü qar yağdı: Yol bağlandı - FOTO

8 Mart 2021 21:16
Baxış: 11 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

"Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafəsi, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər", - deyə məlumatda qeyd olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.