Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Millət vəkili Sevil Mikayılova 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Xaçmazda Heydər Əliyev Mərkəzində ictimai fəal qadınlarla görüş keçirib.
Trend-in məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərovanın da iştirakı ilə təşkil edilən işgüzar görüşdə xanımları bayram münasibətilə təbrik edən S.Mikayılova Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin mərkəzində vətəndaş rifahının daim öndə durduğunu və məhz bunun nəticəsi olaraq Azərbaycan qadınlarının da ictimai rolunun günü-gündən cəmiyyətdə artdığını qeyd edib. Millət vəkili həmçinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qadınların ictimai fəallığının daha da yüksəlməsi istiqamətində təqdirəlayiq və misilsiz fəaliyyətini vurğulayıb.
Görüşdə iştirak edən xanımlar da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət və səmimi qayğı ilə əhatə olunduqları üçün minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra S.Mikayılova bütün Azərbaycanda, eləcə də Xaçmazda qadınların ictimai fəaliyyəti üçün dövlət tərəfindən yaradılmış şəraitdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün hüquqi baza və hər cür imkanların mövcud olmasından, qadınların cəmiyyətdəki vacib rolundan bəhs edib, həmçinin onları narahat edən məsələləri dinləyib.
Tədbirdə özəl biznes qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımların problemləri və bu problemlərin həlli istiqamətində konkret tədbirlər müzakirə edilib. Millət vəkili rayonda xüsusən xalçaçılıq, toxuculuq, dərzilik, əl işləri ilə məşğul olan qadınlar üçün müvafiq iş yerlərinin yaradılması istiqamətində intensiv işlərin aparılmasının vacibliyini nəzərə çatdırıb.
Çox məhsuldar keçən görüşdə xanımlar onları narahat edən problemlərin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq, həlli istiqamətində görülən işlərə görə dövlətə minnətdarlıqlarını ifadə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
-
Mingəçevir su anbarında su səviyyəsi artıb
XƏBƏR LENTİ
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi





