Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlamışdır.
Bu tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilmiş, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilmişdir. COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilmiş, Azərbaycan sərhədçisinə göstərilən bu dövləti qayğıya görə minnətdarlıq hissi ifadə olunmuşdur.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinAli Baş Komandanlığıaltında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd etmiş, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulamışdır.
Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.
Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əleyhinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunmuşdur. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.
Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilmişdir. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaqları, somatik və infeksion palataları vardır. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş, zəruri avadanlıq və cihazlarla təchiz olunmuşlar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilmişdir.
Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilmiş, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
XƏBƏR LENTİ
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində ağır yaralandı - (Foto)
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb - (Video)
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
-
Cənubi Koreyada rekord istilər can aldı - Ölənlərin sayı artır
-
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq
-
Qatarlar bu stansiyalar arasında dayanacaq
-
Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi
-
Susuzluq Ucarda həyatı iflic edib
-
Yaxın günlərdə yumurta qiymətləri enəcək?





