Cəmiyyət

Notariatda daha az pul ödəyəcəksiniz - VİDEO

6 Mart 2021 13:21
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılıb. Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu gün Ədliyyə Nazirliyinin onlayn brifinqi keçirilib. Brifinqdə iştirak edən ədliyyə nümayəndələri qanuna edilən dəyişikliklər barədə məlumat veriblər.

Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov deyib ki, dəyişiklikdən əvvəl sənədlərin surətinin təsdiqi üçün hər bir səhifə üçün 2 manat rüsum, 2 manat xidmət haqqı və hər səhifə üçün 1 manat əlavə ödəmə edilirdi. Qanuna edilən dəyişiklikdən sonra bu rüsmlar vahid bir qiymətdə cəmlənib. Hazırda bir sənədin notarial təsdiqinin qiyməti 3 manatdır.

Nazirliyin Qeydiyyat və notariat baş idarəsi Dövlət reyestrləri idarəsinin rəisi Seymur İsmayılov  isə bildirib ki, sənədlərin notarial təsdiqi vətəndaşların ən çox istifadə etdiyi xidmətlərdən biridir və vətəndaş məmnunluğunun artırılması məqsədilə müvafiq dəyişikliklər edilib.

Qeyd edək ki, fevralın 27-də Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" və "Notariat haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Dəyişiklik martın 1-dən qüvvəyə minib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.